Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Dar bu gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Hələfovla görüş keçirib.

Görüşdə Hələfov Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə (CICA) çərçivəsində sədrliyi dövründə həyata keçirilən, həmçinin yaxın gələcəkdə icrası planlaşdırılan təşəbbüslər barədə məlumat verib.

Dar Azərbaycanın CICA-da liderlik roluna, eləcə də regional əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlmiş səylərinə Pakistanın tam dəstək verdiyini bir daha vurğulayıb.

Tərəflər, həmçinin iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp