Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yeni fotolar və videolarda Epstein-in evi görünür — yataq otaqları, telefon, ofisə və ya kitabxanaya bənzər bir sahə və üzərində “fin”, “intellektual”, “aldatma”, “güc” sözləri yazılmış lövhə.

Bəzi şəkillərdə diş həkimi kreslosu və divardan asılmış maskalar olan otaq görünür. New York Times yazmışdı ki, Epstein-in son sevgilisi diş həkimi olub və onun “şirkətlərindən” biri ilə eyni ofisi bölüşürdü.

Çərşənbə günü yayımlanan materiallar ABŞ Virgin adalarındakı hüquq-mühafizə orqanlarından gəlib. Onlar Epstein-in həbsxanada intiharından bir il sonra — 2020-ci ildə çəkilib.

Epstein-in ABŞ Virgin adalarında iki adası var idi; onlardan biri də yerli sakinlərin “pedofil adası” adlandırdığı Little St. James idi.

2022-ci ildə ABŞ Virgin Adalarının Baş Prokuroru Epstein-in varisləri ilə 100 milyon dollardan çox məbləğdə razılaşma əldə etdi. İddialara görə “onlarla gənc qadın və uşaq Little St. James adasında oğurlanıb, təcavüzə uğrayıb və əsir saxlanılıb”.

Hər nə qədər yayımlanan yeni görüntülər yeni fakt ortaya çıxarmasa da, onlar 19 dekabrda Ədliyyə Nazirliyinin sənədləri açıqlaması üçün müəyyən edilmiş son tarixdən əvvəl Tramp administrasiyasına təzyiqi artırmaq cəhdi kimi görünür.

İki partiyalı konqres üzvləri qrupu çərşənbə günü ABŞ Baş Prokuroru Pam Bondidən vəziyyətlə bağlı yeniləmə tələb edib.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Robert Garcia deyib: “Bu yeni görüntülər Jeffrey Epstein-in dünyasına və onun adasına narahatedici bir baxış təqdim edir. Biz bu foto və videoları araşdırmamızda ictimai şəffaflığı təmin etmək və Epstein-in dəhşətli cinayətlərinin tam mənzərəsini toplamağa yardım etmək üçün yayımlayırıq. Biz sağ qalanlar üçün ədalət təmin olunana qədər mübarizəni dayandırmayacağıq”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp