Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST Baş direktoru Gebreyesus, Efiopiyada Marburq virusu epidemiyasına qarşı atılan addımları məmnunluqla qarşıladığını qeyd edib.

O bildirib ki, Efiopiya Federal Səhiyyə Nazirliyi epidemiyaya güclü reaksiya verib və Sabin İnstitutunun tək dozalı Marburq peyvəndinin tətbiqinə başlanması risk altında olan tibb işçilərinin və digər şəxslərin qorunması üçün mühüm addımdır.

Gebreyesus əlavə edib: “İlk hallar qeydə alındığı gündən bəri ÜST epidemiyanın qarşısını almaq üçün Efiopiyanın səhiyyə tərəfdaşları ilə sıx əməkdaşlıq edir. Yeni yoluxma hallarının sürətlə aşkar edilməsi, onlara tibbi yardım göstərilməsi və tibb işçilərinin və icmaların qorunması üçün bütün tərəfdaşların davamlı dəstəyi həyati əhəmiyyət daşıyır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp