Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Tani Fransanın paytaxtı Parisdə keçirilən nazirlər səviyyəsində toplantıya qatılıb.

Qətər, Səudiyyə Ərəbistanı, Avropa İttifaqı (Aİ), Fransa, Almaniya, İtaliya və Böyük Britaniya nümayəndələrinin iştirak etdiyi toplantı G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilib.

Toplantıda iştirakçılar regional inkişafları, diplomatik təşəbbüsləri və gərginliyin azaldılması üçün birgə koordinasiya səylərini qiymətləndiriblər. Görüşdə həmçinin regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi, dəniz nəqliyyatının sərbəst hərəkətinin təmin edilməsi və davamlı sülhə nail olmaq üçün hərtərəfli razılaşmanın əldə olunması məsələləri müzakirə edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp