Əraqçi: Diplomatiyanı yenidən öz məcrasına qaytarmaq mümkündür
Tehran, 28 avqust (Hibya) - İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşündə diplomatik prosesin yenidən canlandırılmasının mümkün olduğunu bildirərək, ABŞ-ni təzyiq əvəzinə etimad və hörmətə çağırıb.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri ilə konstruktiv danışıqlar apardığını açıqlayıb.
Əraqçi açıqlamasında diplomatiyanı yenidən öz məcrasına qaytarmağın qeyri-mümkün olmadığını bildirərək, bunun ABŞ-nin “təzyiqin nəticə vermədiyi” həqiqətini anlamasından asılı olduğunu qeyd edib.
O bildirib ki, ABŞ etimad yaratmalı, hörmətli dildən istifadə etməli, İranın hüquqlarını tanımalı və verdiyi öhdəliklərə sadiq qalmalıdır.
Azərbaycan İnformasiya Agentliyi