Əraqçi İordaniyalı həmkarı Səfadi ilə görüşdü
Tehran, 18 noyabr (Hibya) – İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, İordaniyanın baş nazir müavini və xarici işlər naziri Ayman Səfadi ilə görüş keçirib.
Görüşdə ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq hadisələr müzakirə olunub və tərəflər qarşılıqlı maraq doğuran mövzularda əməkdaşlığın gücləndirilməsinin vacibliyinə dair fikir mübadiləsi aparıblar.
Həmçinin, iki nazir Beynəlxalq Atom Enerjisi Agentliyinin qarşıdakı İdarə Heyəti iclası və üç Avropa ölkəsi tərəfindən İranın nüvə məsələsi ilə bağlı təqdim olunmuş qətnamə layihəsi barədə də məsləhətləşmələr aparıblar.
Fələstin və Qəzzadakı vəziyyət, BMT Təhlükəsizlik Şurasının yeni qəbul etdiyi qətnamənin nəticələri, fələstinli xalqın qətlə yetirilməsinin və soyqırımın dayandırılmasının zəruriliyi, eləcə də fələstin xalqının hüquqlarının — xüsusilə öz müqəddəratını təyin etmə hüququ və müstəqil Fələstin dövlətinin yaradılması — tam şəkildə həyata keçirilməsinin vacibliyi də görüşün əsas mövzuları arasında olub.
Azərbaycan İnformasiya Agentliyi