Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilər Nazirliyi hakim Navi Pillayın Nobel Sülh Mükafatına layiq görülməsini həqiqətin və məzlumların səsinin yüksəldilməsi kimi qiymətləndirib.

Nazirliyin açıqlamasında Pillayın həyatını beynəlxalq hüququn üstünlüyünü və ədalətin əhəmiyyətini müdafiə etməyə həsr etdiyi, Cənubi Afrikada və dünyanın müxtəlif bölgələrində, o cümlədən Fələstində məzlumların hüquqlarını müdafiə etdiyi bildirilib.

Açıqlamada Pillayın 2021-2025-ci illərdə işğal olunmuş Fələstin əraziləri üzrə Birləşmiş Millətlər Təşkilatının Müstəqil Beynəlxalq Araşdırma Komissiyasına rəhbərlik etməsindəki roluna diqqət çəkilib. Onun fəaliyyətinin qurbanlar üçün ədalətin təmin edilməsinə, soyqırımı, cinsi zorakılıq, uşaqların hədəfə alınması və İsrail tərəfindən törədildiyi bildirilən digər cinayətlərin sənədləşdirilməsinə töhfə verdiyi qeyd olunub.

Fələstin Xarici İşlər Nazirliyi mükafatın beynəlxalq hüquqa və ədalətə sadiq qalan, soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsul şəxslərin cavabdehliyə cəlb olunması üçün çalışanlara da təşviq olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp