Quterreş Ümumdünya Poçt Günündə poçt işçilərinin əməyini yüksək qiymətləndirib
Nyu-York, 9 oktyabr (Hibya) – Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ümumdünya Poçt Günü münasibətilə poçt sisteminin beynəlxalq əməkdaşlıqdakı roluna diqqət çəkib.
BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Poçt Günü ilə bağlı açıqlamasında poçt sisteminin çoxtərəfli əməkdaşlığın ən qədim nümunələrindən biri olduğunu bildirib.
Quterreş qlobal əməkdaşlığın hətta fəlakətlər və fövqəladə hallar zamanı da mesajların, malların və xidmətlərin çatdırılmasını təmin etdiyini qeyd edərək poçt işçilərinin və Ümumdünya Poçt İttifaqının (UPU) fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan İnformasiya Agentliyi