Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilər Nazirliyi İordan çayının qərb sahilindəki Burqa və Ramin qəsəbələrində zeytun yığan fermerlərə hücumu pisləyib.

Nazirlik hücum nəticəsində 44 yaşlı Əli Həsən Yusr əl-Bazarinin həyatını itirdiyini, 20-dən çox insanın yaralandığını və yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Açıqlamada fermerlərin silahlı hücuma məruz qalması, döyülməsi, torpaqlarına çıxışlarının əngəllənməsi və yaralılara yardım göstərməyə çalışan tibbi qruplara hücumların müharibə cinayəti olduğu bildirilib. Üç tibb işçisinin və bir könüllünün saxlanıldığı, təcili yardım avtomobillərinin açarlarının müsadirə edildiyi və qrupların ərazini tərk etməyə məcbur edildiyi qeyd olunub.

Fələstin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa və hücumlara görə məsul şəxslərin cavab verməsini təmin etməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp