Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər və Xaricdə Yaşayanlar Nazirliyi Əlcəzairin paytaxtının şərqində yerləşən Məhəmmədiyyə bələdiyyəsindəki uşaq evində baş vermiş yanğında həyatını itirən uşaqlarla əlaqədar Əlcəzairə başsağlığı mesajı yayımlayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Fələstin Dövləti baş vermiş faciə ilə əlaqədar qardaş Əlcəzair xalqının kədərini bölüşür və Əlcəzair Xalq Demokratik Respublikasının rəhbərliyinə, hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.

Açıqlamada yanğında həlak olan 11 uşağın ailələrinə başsağlığı dilənilib, vəfat edən uşaqlara Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa arzulanıb. Həmçinin Əlcəzairə təhlükəsizlik, sülh və əmin-amanlıq arzuları ifadə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp