Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin xarici işlər və xaricdə yaşayan həmvətənlərlə iş üzrə naziri Varsen Şahin Bağdadda İraq Baş nazirinin qadın məsələləri üzrə müşaviri Ala Təlabani, eləcə də iraqlı qadın liderlər və parlament üzvləri ilə görüş keçirib.

Təlabani görüş zamanı fələstinli qadınların müqavimətinə və öz xalqlarının hüquqlarını müdafiə etməkdə oynadıqları rola diqqət çəkərək, qadınların məsuliyyət daşıdıqları sahələrdə fəal iştirakını yüksək qiymətləndirib.

Şahin isə çətin şəraitə baxmayaraq, iraqlı qadınların əldə etdikləri nailiyyətləri və İraqdakı qadın hərəkatının təcrübəsini müzakirə etdiklərini bildirib. İsrail işğalı altında fələstinli qadınların üzləşdiyi hüquq pozuntularına, xüsusilə Qəzzada müharibənin başlamasından sonra baş verən hadisələrə toxunan Şahin qadınların Fələstin qurumlarında və diplomatik sahədəki rolundan da danışıb.

Şahin Fələstin rəhbərliyinin qadınların səlahiyyətlərinin artırılmasına və qərar qəbuletmə mexanizmlərində daha geniş iştirakına önəm verdiyini vurğulayaraq, onların yüksək vəzifələrə yüksəlməsinin dəstəkləndiyini bildirib.

Görüşdə fələstinli və iraqlı qadın liderlər arasında əlaqə və koordinasiyanın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin artırılması və qadınların siyasi və diplomatik iştirakını gücləndirəcək birgə təşəbbüslərin müzakirə olunması barədə razılıq əldə edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp