Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xarici işlər naziri Hakan Fidan və Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasındakı münasibətləri və regional prosesləri müzakirə ediblər.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Dar Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində İstanbulda keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclasına ev sahibliyi etdiyinə görə Fidana təşəkkür edib.

Danışıq zamanı iclasda əldə olunan razılaşmaların icrası nəzərdən keçirilib və Məkkə Müdafiə Alyansı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Fidan və Dar regional və beynəlxalq prosesləri, eləcə də qarşılıqlı maraq doğuran məsələləri də qiymətləndiriblər. İki nazir çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib və yaxın təmasda qalmaq barədə razılığa gəliblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp