Fletcher: Sel fəlakətindən zərər çəkən hər kəslə həmrəyik
BMT-nin Humanitar Məsələlər və Təcili Yardım Koordinatoru Tom Fletcher bildirib ki, Şri-Lanka, İndoneziya, Tailand və Malayziyada baş vermiş dağıdıcı sel fəlakətlərində min nəfərdən çox insan həlak olub və BMT-nin təcili müdaxilə işlərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
BMT-nin Humanitar Məsələlər və Təcili Yardım Koordinatoru Fletcher Asiyanın dörd ölkəsində baş vermiş dağıdıcı sel fəlakətinə dair qiymətləndirmə aparıb. O, sosial şəbəkədə paylaşdığı məlumatda yazıb: “Şri-Lanka, İndoneziya, Tailand və Malayziyada baş verən dağıdıcı sel… Min nəfərdən çox insan həyatını itirib, milyonlarla insan təsirlənib. Bu fəlakətdən zərər çəkən hər kəslə həmrəyik.”
Fletcher əlavə edib ki, BMT milli qurumlarla və beynəlxalq tərəfdaşlarla birgə təcili müdaxilə işlərini dəstəkləməyə hazırdır.
Azərbaycan İnformasiya Agentliyi