Fransa, penaltilarla yarımfinala yüksəldi
EURO 2024 dörddəbir final qarşılaşmasında Fransa, Portuqaliyanı penaltilarla 5-3 məğlub etdi.
Volksparkstadion Hamburg stadionunda baş hakim Michael Oliverin idarə etdiyi qarşılaşmanın 79-cu dəqiqəsində Portuqaliya milli komandasının oyunçusu Joao Palhinha sarı vərəqə aldı.
84-cü dəqiqədə Fransa milli komandasının oyunçusu William Saliba sarı vərəqə aldı.
Oyunda qol olmadığından əlavə vaxta gedildi.
Əlavə vaxtda da qol vurulmadı və penaltilər seriyasına keçildi.
Penaltilər seriyasında Fransa, Portuqaliyanı 5-3 məğlub edərək yarımfinala yüksəldi.
Azərbaycan İnformasiya Agentliyi