Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qurumun Telegram kanalında yayımlanan məlumatda deyilir: “X8.11 böyüklüyündə günəş partlayışı var. Yer hələlik birbaşa təsir zonasına daxil olmayıb.”

Bu, ilin əvvəlindən bəri bu gücdə baş verən üçüncü günəş partlayışıdır. Əvvəlki iki mühüm partlayış 1 fevral və 18 yanvar tarixlərində qeydə alınmışdı.

Günəşdə baş verən güclü fırtınalar qısa dalğalı rabitə və naviqasiya sistemlərini poza, eyni zamanda sənaye şəbəkələrində elektrik kəsintilərinə səbəb ola bilər. Günəş aktivliyinin artması qütb işıqlarının müşahidə olunduğu coğrafi ərazini genişləndirə bilər. Maqnit fırtınalarının insan sağlamlığına təsiri ilə bağlı isə hələ də dəqiq nəticə yoxdur.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp