Guterres: Cibuti sahillərində 100-dən çox miqrantın həyatını itirməsi qəbuledilməzdir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterres Cibuti sahillərində 100-dən çox miqrantın boğularaq həyatını itirməsi və çox sayda şəxsin itkin düşməsi ilə bağlı xəbərlərdən dərin kədər duyduğunu bildirərək təhlükəsiz və qanuni miqrasiya yollarının yaradılmasına çağırıb.
BMT-nin Baş katibi Guterres Cibuti sahillərində 100-dən çox miqrantın boğularaq həyatını itirməsi və çox sayda şəxsin itkin düşməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Guterres sosial media hesabında paylaşdığı açıqlamada baş verənlərdən dərin kədər duyduğunu bildirərək hadisənin qəbuledilməz olduğunu qeyd edib.
Daha yaxşı həyat axtarışında olan hər kəsin təhlükəsizliyə və ləyaqətinə uyğun şəraitə layiq olduğunu vurğulayan Guterres yeni insan itkilərinin qarşısını almaq üçün təhlükəsiz və qanuni miqrasiya yollarının yaradılmalı olduğunu bildirib.
Azərbaycan İnformasiya Agentliyi