Hegseth: ABŞ, Avstraliya və Yaponiya sülh və güc əsasında birlikdədir
ABŞ-ın müdafiə naziri Pit Heqset Avstraliyanın Baş nazir müavini Riçard Marles və Yaponiyanın müdafiə naziri Şinciro Koizumi ilə görüşüb.
ABŞ müdafiə naziri Pit Heqset, Avstraliyanın Baş nazir müavini və müdafiə naziri Riçard Marles və Yaponiyanın müdafiə naziri Şinciro Koizumi ilə görüş keçirib.
Görüşlə bağlı danışan Heqset Avstraliya və Yaponiya ilə birlikdə işləməkdən məmnun olduğunu bildirib.
ABŞ, Avstraliya və Yaponiyanın təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığına diqqət çəkən Heqset, üç ölkənin “güc vasitəsilə sülh” prinsipinə uyğun hərəkət etdiyini vurğulayıb.
Heqset həmçinin ABŞ, Avstraliya və Yaponiyanın regional və qlobal sabitliyin qorunmasına dair ortaq öhdəliyini davam etdirdiyini qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi