Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsveçrənin xarici işlər naziri Ignazio Cassis Yəməndəki vəziyyətlə bağlı açıqlamalar verib. Cassis Afrah Alzouba ilə Yəməndəki son hadisələri və humanitar vəziyyəti müzakirə etdiklərini bildirib.

Cassis görüş zamanı gərginliyin azaldılmasının əhəmiyyətini vurğuladığını bildirərək, “Mülki şəxslərin qorunması və siyasi həll üçün səylərin göstərilməsi vacibdir” deyib.

Cassis İsveçrənin dialoqun qurulmasını asanlaşdırmaq məqsədilə xoşməramlı vasitəçilik təşəbbüsləri çərçivəsində dəstək verməyə hazır olduğunu bildirib və ölkəsinin bu məsələdə töhfə verməyə davam edəcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp