İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Şuşa, 13 iyul (Hibya) - Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib.
Azərbaycanın Şuşa şəhərində IV Şuşa Qlobal Media Forumu işə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən forumun açılış mərasimi baş tutub.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
13 iyul 2026-cı ildə başlayan IV Şuşa Qlobal Media Forumunda media, sülh prosesləri, etimadın qurulması və medianın informasiya çatdırılmasındakı rolu ilə bağlı müzakirələrin aparılması gözlənilir.
Azərbaycan İnformasiya Agentliyi