Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran İslam Respublikası Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya qarşı hərbi hücumunu pislədi və bu hücumun Venesuelanın milli suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə zidd olduğunu vurğuladı.

Nazirlik qeyd etdi ki, bu hərəkət BMT Nizamnaməsinin güc tətbiqini və ya güc tətbiqi hədəsini qadağan edən 2-ci maddəsinin 4-cü bəndinə ziddir və “təcavüz aktı” kimi qiymətləndirilməlidir; bu səbəbdən BMT və hüququn aliliyinə sadiq olan bütün dövlətlər tərəfindən dərhal və açıq şəkildə pislənməlidir.

Bəyanatda ABŞ-ın BMT-nin üzvü olan müstəqil bir dövlətə qarşı hərbi müdaxiləsinin regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi zərbə vurduğu, həmçinin BMT Nizamnaməsinə əsaslanan beynəlxalq nizamı sarsıtdığı qeyd olundu.

İran Xarici İşlər Nazirliyi Venesuelanın öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnu xatırladaraq, xüsusilə BMT və Təhlükəsizlik Şurası başda olmaqla bütün dövlətlərin və beynəlxalq təşkilatların ABŞ-ın qanunsuz hücumunu dayandırmaq istiqamətində məsuliyyət daşıdığını vurğuladı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp