Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı Ofisinin rəhbəri general-leytenant Rahim Əbu Rağa Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini ilə sülhməramlı əməliyyatlar və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

İraq Təhlükəsizlik Media Hüceyrəsinin açıqlamasına görə, görüşdə BMT-nin İraq hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirdiyi fəaliyyətlər və ölkədə sülhməramlı əməliyyatlara hazırlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər İraq ilə BMT arasında münasibətlərin inkişaf etdirilməsi, beynəlxalq sülhməramlı qüvvələrin proqramları və təhlükəsizlik sahəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin terrorizmlə mübarizə, qanunsuz fəaliyyətlərin qarşısının alınması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı Ofisinin rəhbəri İraqın sülhməramlı əməliyyatlarda iştirak etməyə və BMT çərçivəsində həyata keçirilən fəaliyyətləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Görüşdə İraqın xarici işlər nazirinin müşaviri Fərhad Əlaəddin və Xarici İşlər Nazirliyinin rəsmiləri də iştirak ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp