Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Israel Katz Qəzzada HƏMAS-a qarşı əməliyyat keçirildiyini bildiriblər.

Netanyahu və Katzın birgə açıqlamasında İsrail ordusunun gecə saatlarında Qəzzada HƏMAS-ın şimal bölgə briqadasının komandiri İzzəddin Biki öldürdüyü qeyd olunub.

Açıqlamada Bikin İsrail qüvvələrinə qarşı hücum planlarında iştirak etdiyi və HƏMAS-a silahlı şəxslərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi iddia olunub.

İsrail rəsmiləri HƏMAS üzvlərinə qarşı əməliyyatların davam etdiriləcəyini bildirərək, “Təşkilatın komandirlərindən son üzvünə qədər bütün terrorçularını, harada gizlənmələrindən asılı olmayaraq, Qəzzada HƏMAS artıq mövcud olmayana qədər izləməyə və təqib etməyə davam edəcəyik” ifadələrini işlədiblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp