Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Siyyarto sosial şəbəkədəki paylaşımında qeyd edib: «Əgər Brüsseldə sağlam düşüncənin tamamilə itib-itməməsi ilə bağlı hər hansı şübhə var idisə, Mark Rutte-nin dünən Berlində etdiyi çıxış bu şübhələri aradan qaldırmalı idi».

Siyyarto bildirib ki, Mark Rutte “bizim” Rusiyanın növbəti hədəfi olduğumuzu, Rusiyanın beş il ərzində NATO-ya hücum etməyə hazır ola biləcəyini və Ukraynanın təhlükəsizliyinin bizim təhlükəsizliyimiz olduğunu iddia edərək bir sıra məsuliyyətsiz açıqlamalar verib.

O əlavə edib: «Baş katib əvvəllər heç vaxt belə iddialar irəli sürməmişdi. Bu kəskin dönüş Brüsseldə artıq hər kəsin Donald Trampın sülh səylərinə qarşı mövqe tutduğunu açıq şəkildə göstərir. Bu açıqlamalarla Mark Rutte sülh danışıqlarına faktiki olaraq arxadan zərbə vurub. NATO üzvü kimi Macarıstan bu iddiaları qəti şəkildə rədd edir. Avropa ölkələrinin təhlükəsizliyi Ukrayna tərəfindən deyil, birbaşa NATO tərəfindən təmin olunur. Ukrayna bizim təhlükəsizliyimiz üçün deyil, öz təhlükəsizliyi üçün mübarizə aparır».

Siyyarto bu cür təxribatçı açıqlamaları məsuliyyətsiz və təhlükəli adlandıraraq bildirib: «Biz Mark Rutte-ni müharibə gərginliyini artırmaqdan dərhal imtina etməyə çağırırıq».

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp