Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Sybiha Ukrayna Baş naziri Yuliya Sviridenko ilə birlikdə onlayn formatda keçirilən G7+ Enerji Qrupu iclasında iştirak etməkdən məmnunluq duyduğunu bildirib.

İclasda Ukraynanın enerji dayanıqlığına yönəlik qəti beynəlxalq dəstəyin bir daha təsdiqləndiyini qeyd edən Sybiha deyib: “Rusiyanın intensiv hücumları qarşısında tərəfdaşlarımız enerji sistemimizi qorumağa, bərpa etməyə və gücləndirməyə kömək etməklə yanımızda dayanırlar.”

Sybiha enerji infrastrukturunun qorunması üçün əlavə hava hücumundan müdafiə sistemlərinin kritik əhəmiyyət daşıdığını vurğulayaraq əlavə edib:

“Təmin edilən hər bir əlavə hava hücumundan müdafiə sistemi, hər bir raket və ya avadanlıqlarımıza edilən hər bir investisiya enerji təhlükəsizliyimizə birbaşa töhfə verir. Bugünkü güclü bəyanatlara və Ukraynaya göstərdikləri davamlı dəstəyə görə bütün tərəfdaşlarımıza minnətdaram.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp