İsrail Müdafiə Qüvvələri: Döyüş təyyarələri Beyrutda bir neçə sursat istehsalı obyektinə zərbələr endirib
Qüds, 2 oktyabr (Hibya) - İsrail Müdafiə Qüvvələri (IDF) bəyan edib ki, döyüş təyyarələri Beyrutda bir neçə sursat istehsalı obyektinə və digər infrastruktur obyektlərinə hədəfli zərbələr endirib.
İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd olunur ki, son günlər Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Beyrutda bir neçə sursat istehsalı obyektinə və digər infrastruktur obyektlərinə hədəfli zərbələr endirib.
Bəyanatda bildirilir ki, hücumdan əvvəl zərərçəkənlərin sayını azaltmaq üçün bir sıra tədbirlər görülüb və ərazidəki insanlara əvvəlcədən xəbərdarlıq edilib:
"Hizbullah istehsal sahələrini və döyüş avadanlıqlarını, o cümlədən Beyrutun mərkəzindəki yaşayış binalarında yerləşdirərək ərazidəki insanları riskə atır. Hücumlar təşkilatın imkanlarını zəiflətməyə yönəlmişdi və hazırda İsrail Müdafiə Qüvvələri Hizbullahın hərbi qabiliyyətlərinə və infrastrukturuna zərər vurmaq və məhv etmək üçün hücumlarına davam edir."
Azərbaycan İnformasiya Agentliyi