İsrail ordusu: İki fələstinlinin evini dağıtdıq
Təl-Əviv, 30 oktyabr (Hibya) - İsrail ordusu ötən həftə Əl-Xəlildə baş verən qarşıdurmada öldürülən iki fələstinlinin evlərinin dağıdıldığını açıqlayıb.
İsrail ordusunun açıqlamasına görə, Yəhuda Briqadası və 98-ci Diviziyanın komandanlığı altında olan bölmələr Əl-Xəlildə iki fələstinlinin evini dağıdıb. Həmin şəxslərin ötən həftə Yəhuda yolayrıcında İsrail əsgərləri ilə baş verən qarşıdurmada öldürüldüyü bildirilib.
Açıqlamada qarşıdurma zamanı İsrail əsgərləri Ron Yonatan Reutman və Yuval Şay Soylamın həyatını itirdiyi, daha üç əsgərin isə yüngül yaralandığı qeyd olunub. Bundan əlavə, İsrail hərbçilərinin bölgədə keçirdiyi əməliyyat çərçivəsində hücumlarla əlaqəli olduğu və terror aktlarını təşviq etdiyi iddia edilən şəxslərə aid üç xatirə abidəsinin də dağıdıldığı bildirilib.
Azərbaycan İnformasiya Agentliyi