Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Xarici İşlər Nazirliyi Din və ya İnanc Əsaslı Zorakılıq Qurbanlarının Beynəlxalq Günü ilə bağlı açıqlamasında inanclarına görə təqib olunan və həyatını itirən şəxsləri yad edib.

Nazirliyin açıqlamasında yəhudilərin əsrlər boyu yalnız kimlikləri və inanclarına görə təqib, sürgün və öldürülmə kimi hallarla üzləşdiyi bildirilib. İnanca görə qorxu içində yaşamağın nə demək olduğu qeyd olunub.

Açıqlamada bu gün bölgədə təqiblərə məruz qalan xristianlar, druzlar, yezidilər və digər icmalarla həmrəyliyin ifadə olunduğu vurğulanıb.

İsrail Xarici İşlər Nazirliyi bu icmaların azad yaşamaq və ibadət etmək hüququnu dəstəklədiyini bildirərək, inanclarına görə təqib olunan bütün insanların yanında olduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp