İsrail Xarici İşlər Nazirliyi: Türkiyə HƏMAS-a təhlükəsiz sığınacaq təmin edir
Təl-Əviv, 19 oktyabr (Hibya) - İsrail Xarici İşlər Nazirliyi İstanbulda yerləşən ticarət mərkəzlərindən birində İsrail və Türkiyə vətəndaşlığına malik olduğu bildirilən şəxsin sözlü təzyiqə məruz qaldığını iddia edərək Türkiyəni HƏMAS-a təhlükəsiz sığınacaq təmin etməkdə ittiham edib.
İsrail Xarici İşlər Nazirliyi İstanbulda yerləşən ticarət mərkəzlərindən birində İsrail və Türkiyə vətəndaşlığına malik olduğu bildirilən şəxsin təzyiqə məruz qalması və ona qışqırılması ilə bağlı iddialara dair açıqlama yayıb.
Açıqlamada Türkiyənin HƏMAS üzvlərini isti qarşıladığı iddia olunaraq, bir hökumətin terrorçulara təhlükəsiz sığınacaq təmin etdiyi halda həmin şəxslərə qarşı nifrətin küçələrə yayılmasının təəccüblü olmadığı irəli sürülüb.
Nazirlik baş verdiyi iddia edilən hadisəni qəbuledilməz adlandırıb.
Azərbaycan İnformasiya Agentliyi