Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin xarici işlər naziri Gideon Saar Papua Yeni Qvineyanın Baş naziri Ceyms Marape ilə telefon danışığı aparıb.

Saar danışıq zamanı Papua Yeni Qvineyanın İsrailə verdiyi dəstəyə və dost münasibətinə görə təşəkkür edib.

Bəyanatda Papua Yeni Qvineyanın 2023-cü ildə Qüdsdə səfirlik açmaq qərarının məmnunluqla qarşılandığı, İsrailin isə Papua Yeni Qvineyada nümayəndəlik ofisi açmaq qərarını çatdırdığı bildirilib.

Tərəflərin ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gəldiyi qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp