Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ-yə üzv ölkələrin Ukrayna üçün Avropa Sülh Fondundan 6,6 milyard avronun ayrılması şərtləri barədə razılığa gəldiyini bildirib.

Kallas bildirib ki, fondun 900 milyon avrosu Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası üçün, 1 milyard avrosu yeni birgə avadanlıq tədarükü üçün istifadə olunacaq, 4,7 milyard avro isə üzv ölkələrə ödənişlərin geri qaytarılması məqsədi daşıyır. O, bəzi ölkələrin öz paylarını Ukraynaya yönəldəcəklərini açıqladığını qeyd edib.

Kallas Moskvanın hibrid hücumlarla Avropanı qorxudaraq Ukraynaya dəstəyini azaltmağa çalışdığını, Avropanın isə əksinə, dəstəyini artırmaq istiqamətində hərəkət etdiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp