Kallas: İranın təhlükəsizlik qüvvələri kütləvi qətliamlara görə məsuliyyət daşıyır
Brüssel, 29 yanvar (Hibya) – Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib ki, İranın təhlükəsizlik qüvvələri kütləvi qətliamlara görə məsuliyyət daşıyır.
Aİ Xarici İşlər Şurası öncəsi açıqlamasında Kallas İranın təhlükəsizlik qüvvələrinin kütləvi qətliamlara görə məsuliyyət daşıdığını vurğulayıb.
Minlərlə insanın ölümünə səbəb olan etirazların zorakılıqla yatırılmasına birbaşa cavabdeh olanlara qarşı yeni sanksiyaların tətbiq edildiyini bildirən Kallas deyib:
“Həmçinin xarici işlər nazirlərinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu Aİ tərəfindən terror təşkilatı kimi tanımaq barədə siyasi qərar qəbul etməsini gözləyirəm. Çünki əgər siz terrorçu kimi davranırsınızsa, terrorçu kimi rəftar edilməlidir.”
Azərbaycan İnformasiya Agentliyi