Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kaya Kallas Rusiyanın Ukraynaya qarşı artan hücumları və yeni sursatlardan istifadə ilə bağlı açıqlama verib.

Rusiyanın mövqeyini tənqid edən Kallas deyib: “Putin sülh istəmir, Rusiyanın diplomatiyaya cavabı daha çox raket və dağıntıdır. Rusiyanın təkrarlanan genişmiqyaslı hücumlarının bu ölümcül dövrü Ukraynaya onu qırmaq üçün yardım göstərilənədək davam edəcək.”

Oreşnik raketindən istifadənin qlobal təsirlərinə toxunan Kallas qeyd edib: “Rusiyanın Oreşnik raketindən istifadə etməsi ilə bağlı xəbərlər Ukraynaya qarşı açıq eskalasiya və Avropa ilə ABŞ üçün xəbərdarlıqdır.”

Avropa İttifaqını konkret addımlar atmağa çağıran Kallas sözlərini belə tamamlayıb: “Aİ ölkələri hava hücumundan müdafiə ehtiyatlarını daha dərindən nəzərdən keçirməli və dərhal təhvil verməlidirlər. Həmçinin, daha sərt sanksiyalar daxil olmaqla, bu müharibənin Moskva üçün dəyərini daha da artırmalıyıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp