Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anand Kanada ilə İslandiya arasında münasibətlərin inkişaf etdirilməsinə dair açıqlama verib.

Anand iki ölkəni nəsillər boyu davam edən dostluq əlaqələrinin və qlobal problemlərə ortaq yanaşmaların birləşdirdiyini qeyd edib. O bildirib ki, bu qarşılıqlı anlaşma ticarət dövriyyəsini artırmaq, investisiyaları cəlb etmək və təmiz enerji sahəsində innovasiyaları təşviq etmək üçün yeni imkanlar yaradır.

İslandiyanın Baş naziri Frostadottir ilə görüşmək fürsətindən məmnunluğunu ifadə edən Anand iki ölkənin məqsədlərini və NATO müttəfiqləri kimi məsuliyyətlərini müzakirə etdiklərini bildirib.

Qlobal qeyri-müəyyənliklərin yaşandığı bir dövrdə iki ölkə arasındakı qarşılıqlı etimadın mühüm üstünlük olduğunu vurğulayan Anand Kanada və İslandiyanın bu etimad əsasında münasibətlərini inkişaf etdirməyə davam edəcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp