Kanel: Birlikdə irəliləyirik, Kubaya qarşı soyqırımı planını birlikdə məğlub edəcəyik
Havana, 23 sentyabr (Hibya) - Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Criterio Compartido proqramının ilk yayımından sonra verdiyi açıqlamada Kubaya qarşı yönəldildiyini iddia etdiyi “soyqırımı planına” qarşı birlikdə irəliləyəcəklərini bildirib.
Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Criterio Compartido proqramının ilk yayımının həyata keçirilməsi ilə bağlı açıqlama verib. Dias-Kanel paylaşımında proqramın ərsəyə gəlməsinə töhfə verənlərə təşəkkür edib.
Silvio Rodriguezin bir mahnısına istinad edən Dias-Kanel, “Birlikdə irəliləyirik. Kubaya qarşı soyqırımı planını birlikdə məğlub edəcəyik” ifadələrini işlədib.
Azərbaycan İnformasiya Agentliyi