Karni: Nifrətlə mübarizə haqqında qanun qüvvəyə minib
Ottava, 18 iyul (Hibya) - Kanadanın Baş naziri Mark Karni nifrət cinayətləri ilə mübarizəni gücləndirən yeni qanunun qüvvəyə mindiyini bildirərək, sənədin daha sərt cəzalar və yeni müdafiə tədbirlərini nəzərdə tutduğunu açıqlayıb.
Kanadanın Baş naziri Mark Karni nifrətlə mübarizə haqqında qanunun qüvvəyə mindiyini açıqlayıb.
Karni bildirib ki, yeni qanunla nifrət cinayətlərinə görə cəzalar sərtləşdirilib, nifrət simvollarının ictimai yerlərdə nümayişi qadağan edilib və insanların ibadət yerlərinə girişinə mane olmağa və ya onları qorxutmağa çalışanlara qarşı yeni hüquqi mexanizmlər tətbiq olunub.
Karni vurğulayıb ki, Kanadada hər kəs öz kimliyini sərbəst şəkildə yaşamalı, dinini açıq, azad və təhlükəsiz şəkildə icra edə bilməlidir və qanun da məhz bu məqsədlə hazırlanıb.
Azərbaycan İnformasiya Agentliyi