Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Aİ Şurasının sədri Antonio Kosta regional səfəri çərçivəsində Livanın paytaxtı Beyrutda yüksək səviyyəli görüşlər keçirib.

Livan Prezidenti Cozef Aun ilə görüşündə ikitərəfli münasibətlərə və Livandakı dəyişiklik prosesinə toxunan Kosta bildirib: “Hörmətli Prezident Aun, Beyrutda göstərdiyiniz səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Düz bir il əvvəl siz iki ildən artıq davam edən siyasi qeyri-sabitliyə son qoyaraq Livan Prezidenti seçildiniz.”

Avropa İttifaqının Livanla tərəfdaşlığını vurğulayan Kosta deyib: “Avropa İttifaqı Livanı daim dəstəkləyib və onun sabitliyinin və rifahının təmin olunmasına yardım etməyə davam edəcək. Xalqlarımız arasında mövcud olan güclü əlaqələr tərəfdaşlığımıza istiqamət verir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp