Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi İsrailin Milli Təhlükəsizlik naziri və israilli məskunlaşanların işğal polisinin mühafizəsi altında Əl-Əqsa məscidinə həyata keçirdiyini bildirdiyi basqını pisləyib.

Nazirliyin açıqlamasında sözügedən hərəkətin beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn pozulması olduğu, həmçinin müsəlmanların hisslərinə qarşı qəbuledilməz təxribat xarakteri daşıdığı bildirilib.

Açıqlamada Əl-Əqsa məscidinin müsəlmanlar üçün ibadət yeri olduğu vurğulanaraq, Qüdsün və müqəddəs məkanların tarixi və hüquqi statusunu dəyişdirməyə yönəlmiş birtərəfli tədbirlərin beynəlxalq hüquq baxımından etibarsız olduğu qeyd edilib.

Qətər Xarici İşlər Nazirliyi davam edən pozuntuların və təxribatların bölgədə daha çox zorakılıq və gərginlik riskini artıra biləcəyi barədə xəbərdarlıq edərək, beynəlxalq ictimaiyyəti İsrailin Fələstin xalqına və müqəddəs məkanlara qarşı pozuntularını dayandırması və müvafiq beynəlxalq qətnamələrə əməl etməsi üçün təcili addımlar atmağa çağırıb.

Açıqlamada həmçinin Qətərin Fələstin məsələsinə və Fələstin xalqına dəstəyinin davam etdiyi, işğala son qoyulmasının və Fələstin xalqının 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququnun dəstəkləndiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp