Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Braziliya Prezidenti Luiz Inasio Lula da Silva ölkəsinin rəqəmsal suverenliyini gücləndirmək istiqamətində işləri davam etdirdiyini açıqlayıb.

Lula da Silva süni intellekt, məlumatlar, rəqəmsal infrastruktur və Braziliyanın strateji texnologiyalarda öz imkanlarını inkişaf etdirməsinin yollarının müzakirə edildiyi iclasda mütəxəssislərlə görüşdüklərini bildirib.

Braziliyanın süni intellekt sahəsindəki investisiyalarına da diqqət çəkən Lula da Silva, Braziliyanın Süni İntellekt Planı çərçivəsində 2028-ci ilə qədər 23 milyard real vəsaitin nəzərdə tutulduğunu bildirib.

Lula da Silva son iki ildə bu çərçivədə 14 milyard realdan çox vəsaitin artıq istifadəyə verildiyini deyib.

Texnoloji müstəqilliyin ölkənin gələcəyinin formalaşdırılmasındakı əhəmiyyətini vurğulayan Lula da Silva deyib: “Suverenlik həm də öz gələcəyimizi müəyyən etmək üçün texnologiyaya sahib olmaqdır”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp