Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın Baş naziri Meloni qeyd etdi ki, 2024-cü ilin birinci rübünə dair iqtisadi göstəricilər İtaliya üçün yaxşı xəbərlər gətirir.

Meloni vurğuladı ki, italyan ailələrinin real gəliri 3,4% artaraq G7 ölkələri arasında ən güclü artımı qeydə almışdır. "Bu, o deməkdir ki, ailələrin illərlə alıcılıq qabiliyyətini itirməsindən sonra, İtaliyada gəlirlər nəhayət inflyasiyadan daha sürətlə artır. OECD-nin 0,9% ortalamasından xeyli yüksək olan bu nəticə, həmçinin mövcud resursların böyük hissəsini müqavilələrin yenilənməsinə, pensiyaların artırılmasına, vergi endirimləri ilə maaşların dəstəklənməsinə və maaşlardan tutulmaların azaldılmasına yönəldən hökumət siyasətinin nəticəsidir," - deyə o bildirdi.

Meloni hələ çox iş görülməli olduğunu, lakin bu göstəricilərin düzgün yolda olunduğunu göstərdiyini ifadə edərək əlavə etdi: "Daha ədalətli və firavan bir İtaliya üçün qətiyyətlə işləməyə davam edirik."

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp