Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqro Prezidenti Jakov Milatovic Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü və Ukraynaya davam edən dəstəyi, eləcə də iki ölkə arasındakı münasibətləri müzakirə etdiklərini bildirib.

Milatovic görüşdə Zelenskinin Monteneqroya planlaşdırılan səfərinin də gündəmə gəldiyini açıqlayıb.

Beynəlxalq Krım Platformasının Altıncı Sammitində Monteneqronun Ukrayna xalqının yanında olduğunu vurğuladığını bildirən Milatovic, “Onların azadlıq, suverenlik və öz gələcəklərini müəyyən etmək hüququ uğrunda apardıqları mübarizəni dəstəklədiyimizi ifadə etdim.” deyib.

Milatovic Ukraynaya dəstəyin davam edəcəyini bildirərək, “Ədalətli və davamlı sülh əldə olunana qədər Ukraynaya dəstəyimiz qətiyyətlə və ardıcıl şəkildə davam edir.” ifadələrini işlədib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp