Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Moldova Prezidenti Maya Sandu Rusiyanın Ukraynaya qarşı hücumları ilə bağlı açıqlama verib.

Sandu Rusiyanın səhər saatlarında Ukraynaya təşkil etdiyi hücumu pislədiyini bildirərək, müharibənin Moldovaya da çatdığını qeyd edib.

Rusiyaya məxsus 5 hava hücumu vasitəsinin Moldova hava məkanını pozduğunu və onlardan bəzilərinin Moldova ərazisinə düşdüyünü bildirən Sandu, həmin vasitələr arasında Banderol raketləri və pilotsuz uçuş aparatlarının olduğunu qeyd edib.

Sandu Rusiyanın bütün Avropada insanların həyatını riskə atdığını bildirərək, hücumların dayandırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp