Fələstin Xarici İşlər Nazirliyindən Qəzzadakı hücumlara reaksiya
Fələstin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilər Nazirliyi Qəzza zolağında mülki şəxslərin hədəf alındığı yeni hücumun həyata keçirildiyini və hücum nəticəsində 5 fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Nazirliyin açıqlamasına görə, İsrailə məxsus döyüş təyyarələrinin Qəzza zolağındakı yaşayış evinə endirdiyi zərbə nəticəsində 5 nəfər həyatını itirib, onlardan 4-nün qadın olduğu bildirilib. Hücum zamanı bəzi şəxslərin də yaralandığı qeyd olunub.
Açıqlamada hücumdan sonra İsrailin atəşkəsə əməl etmədiyi və humanitar yardımların Qəzzaya daxil olmasının qarşısının alındığı iddia edilib. Nazirlik ABŞ administrasiyasını İsrailə qarşı zəruri addımlar atmağa və mülki şəxslərin qorunmasını təmin etməyə çağırıb.
Fələstin Xarici İşlər Nazirliyi həmçinin beynəlxalq ictimaiyyəti mülki şəxslərin qorunması, humanitar yardımların Qəzzaya çatdırılması və bölgədə daimi atəşkəsin təmin olunması üçün öz məsuliyyətlərini yerinə yetirməyə çağırıb.
Azərbaycan İnformasiya Agentliyi