Moldova Qazaxıstandakı qəzada həlak olanlarla bağlı başsağlığı mesajı yayıb
Kişinyov, 25 sentyabr (Hibya) - Moldova Xarici İşlər Nazirliyi Xəzər dənizində baş verən qəzada qazax hərbçilərinin həlak olması ilə əlaqədar Qazaxıstana başsağlığı verib.
Moldova Xarici İşlər Nazirliyinin açıqlamasında Xəzər dənizində baş verən qəzada qazax hərbçilərinin həlak olmasından dərin kədər hissi keçirildiyi bildirilib.
Açıqlamada Qazaxıstanda elan edilmiş Milli Matəm Günü münasibətilə Moldovanın Qazaxıstan hökuməti və xalqı ilə həmrəy olduğu qeyd edilib. Həlak olanların ailələrinə başsağlığı verilib, qəzadan zərər çəkənlərə güc, yaralılara isə tezliklə sağalmaları arzulanıb.
Azərbaycan İnformasiya Agentliyi