Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin Baş naziri Benyamin Netanyahu Hindistanın Baş naziri Narendra Modi ilə keçirdiyi söhbətlə bağlı açıqlama verib.

Netanyahu Modini İsrailin Müstəqillik Günündə cəsur hindistanlı pilotla birlikdə məşəl yandırmağa dəvət etdiyini bildirib. Modinin dəvətə görə təşəkkür etdiyini qeyd edən Netanyahu Hindistanın Baş nazirinin Hindistan və İsrailin quruda və havada terrorizmə qarşı birlikdə mübarizə apardığını söylədiyini ifadə edib.

Netanyahu həmçinin Modinin iki ölkə arasındakı güclü və uzunillik münasibətləri vurğuladığını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp