Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderland Xarici İşlər Nazirliyi Yaxın Şərqdə mətbuat azadlığı ilə bağlı bəyanat yayıb.

Nazirliyin sosial media hesabında paylaşdığı məlumatda bildirilib ki, Niderland Media Azadlığı Koalisiyasının üzvü kimi 24 ölkənin birgə yaydığı bəyanatı dəstəkləyir.

Bəyanatda qeyd olunub ki, bölgədə mətbuat azadlığı təzyiq altındadır və jurnalistlərin öz vəzifələrini azad və təhlükəsiz mühitdə yerinə yetirmələri üçün şərait yaradılmasına çağırış edilib.

Niderland Xarici İşlər Nazirliyi müstəqil məlumatın cəmiyyətlər üçün həyati əhəmiyyət daşıdığını vurğulayaraq, azad jurnalistikanın qorunmasının vacibliyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp