Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Oman Sultanı Heysəm bin Tariq Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al-Tani ilə görüşüb.

Maskatda keçirilən görüşdə Al-Tani Qətər Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin salamlarını Oman Sultanına çatdıraraq ona sağlamlıq, xoşbəxtlik və Oman xalqına rifah arzulayıb.

Sultan Heysəm bin Tariq də öz salamlarının Qətər Əmirinə çatdırılmasını xahiş edərək, Qətər xalqının inkişafı və rifahı üçün xoş arzularını ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp