Orban: Avropanın yenidən ayağa qalxmasını üstün tuturuq
Brüssel, 10 May (Hibya) – Macarıstanın Baş naziri Viktor Orban Avropanın yenidən güclənməsini istədiklərini bildirib.
Baş nazir Orban bildirib ki, sülh əldə olunduqda Rusiyaya qarşı sanksiyalar aradan qaldırıla bilər.
Sanksiyalar aradan qalxarsa enerjinin ucuzlaşacağını vurğulayan Orban deyib: “Əgər enerji ucuzlaşsa, Avropa bərpa oluna bilər. Amma Brüssel Ukrayna üçün müharibə və sürətləndirilmiş Aİ üzvlüyü istəyir. Bu isə iqtisadi intihardır. Biz Avropanın yenidən ayağa qalxmasını üstün tuturuq.”
Azərbaycan İnformasiya Agentliyi