Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Orban qeyd edib ki, Brüssel illərdir solyönlü iqtisadi siyasətləri diktə edir və bu, Avropanın rəqabət qabiliyyətini azaldır. O, Macarıstanın fərqli yol seçdiyini və ölkənin miqrasiya siyasətlərinin yaxın zamanda Avropa tərəfindən də qəbul edilə biləcəyini söyləyib.

Orban əlavə edib ki, Macarıstan müharibə və iqtisadi rəqabət sahəsində strateji addımlar atacaq. O, Avropanın uğursuz siyasətləri təkrarlamaq əvəzinə işləyən modelləri tətbiq etməli olduğunu vurğulayaraq deyib: “Başqaları sürüklənərkən biz plan qururuq. ABŞ və Rusiya ilə münasibətlərimizi gücləndirərək müharibə sonrası iqtisadiyyatda yerimizi təmin edirik.”

Baş nazir bildirib ki, qlobal iqtisadiyyat yenidən açıldıqda və sanksiyalar aradan qaldırıldıqda hazırlıqlı olanlar önə çıxacaq. O əlavə edib ki, Macarıstan bu prosesdə liderlik etməyi hədəfləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp