Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

XİN rəhbəri Saar, kansler Mersi İsraildə qarşılamaqdan məmnun olduğunu bildirib. O vurğulayıb ki, Mers İsrailin dostudur və Almaniya mühüm tərəfdaşdır.

Saar qeyd edib ki, iki ölkə arasındakı münasibətlər yüksələn trendlə davam edir. Bu isə qismən embarqonun qaldırılması, Almaniyanın İsrailə qarşı boykotlara açıq şəkildə qarşı çıxması və BMT-də UNRWA mandatının uzadılmasına dəstək verməməsi kimi addımlarda özünü göstərir.

O, həmçinin xatırladıb ki, keçən həftə ilk dəfə olaraq İsrailin “Arrow” ballistik raketdən müdafiə sistemi Almaniyada yerləşdirilib. Saar bildirib ki, Almaniya İsrail üçün mühüm dostdur və kansler Mersin səfəri ölkələr arasındakı xüsusi münasibətlərin möhkəmlənməsinə töhfə verəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp