Orban: Toz-duman çəkildikdən sonra ticarət müharibəsi yerini ticarət sülhünə verəcək
Budapeşt, 13 aprel (Hibya) – Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın verdiyi sözlərə uyğun hərəkət etdiyini iddia edib.
Baş nazir Orban bildirib ki, Tramp vəd etdiyi kimi davranır.
Orban deyib: “Gömrük tarifləri artır, azalır — danışıqlar belə aparılır. Prezident Tramp verdiyi sözə tam uyğun şəkildə davranır: O, Amerika üçün daha yaxşı bir razılaşma uğrunda mübarizə aparır. Toz-duman çəkildikdən sonra ticarət müharibəsi yerini ticarət sülhünə verəcək.”
Azərbaycan İnformasiya Agentliyi